image-n1karobka_ads
image-123
image-fb_img_1699883380021backend

Boccia Federasiyası bu şirkətlə əməkdaşlığa başladı – FOTO

image-ad_qayo_720x110px

Boccia İdman Federasiyası “SENİ” şirkəti ilə əməkdaşlığı davam etdirəcək. Bu barədə Azərbaycan Boccia İdman Federasiyasının prezidenti Vüqar Behbudovun “SENİ” şirkətinin nümayəndəsi Fəridə Fərziyeva ilə keçirilən görüşündə bildirilib.

Qeyd olunub ki, 15 dekabrda Azərbaycanda Boccia idman növü üzrə “SENİ Cup” Azərbaycan Çempionatı baş tutacaq. Bununla bağlı təşkilati işlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.

Çempionatın qrup mərhələləri üzrə yarışları 11 dekabr tarixində başlayacaq.

Final mərhələsi isə 15 dekabr tarixində Bakı şəhərində olacaq və nəticələrə əsasən Boccia üzrə Azərbaycan Milli Komandası formalaşdırılacaq. Yarışda Azərbaycanın bütün regionlarından 70-dən çox fiziki məhdudiyyətli idmançılar iştirak edəcəklər.

DOĞRU.AZ

image-fb_img_1699883376723

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki