image-2000x150px
image-qr7eahw6lggufeohkxrjtgyzd18jrfwnxzdmsfuybackend

Bölgələrdə payızlıq əkinlərin mövcud vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirələr keçirilib – FOTOLAR

image-728x90px

Bölgələrdə payızlıq əkinlərə hazırlıq, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı maarifləndirici görüşlər keçirilir. Saatlı, İmişli, Beyləqan, Cəlilabad, Biləsuvar və Salyan rayonlarında keçirilən müşavirələrdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Nazirliyin Aparatı və tabeli qurumlarının nümayəndələri, fermer və özəl toxumçuluq fəaliyyəti ilə məşğul olan şəxslər iştirak edib.

Bildirilib ki, fermerlərin keyfiyyət və kəmiyyət göstəriciləri yüksək olan toxumlarla təminatı daim diqqətdə saxlanılır. Bu səbəbdən taxıl istehsalının artırılmasında digər aqrotexniki tədbirlərlə yanaşı, payızlıq dənli bitkilərin səpininin bölgələr üçün müəyyən edilmiş optimal müddətlərdə başa çatdırılması mühüm əhəmiyyət kəsb edir. Fermerlərin diqqətinə çatdırlıb ki, vaxtında və düzgün aparılan aqrotexniki tədbir, torpağın düzgün hazırlanması, sortun düzgün seçilməsi, alaqlara qarşı mübarizə tədbirləri, eyni zamanda üzvi və mineral gübrələrdən düzgün istifadə olunması mühüm şərtlərdəndir.

Tədbir çərçivəsində, Salyan rayonu ərazisində “Payızlıq taxıl səpininin optimal müddətdə başa çatdırılması” mövzusunda tarla seminarı keçirilib. Seminarda vurğulanıb ki, əkin dövriyyəsinə daxil olan torpaq sahələrindən səmərəli istifadə olunaraq yüksək məhsuldarlığa nail olunması üçün səpindən əvvəl torpaqların aqrokimyəvi analizləri aparılmalı və gübrə tələbatı müəyyənləşdirilməlidir. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır.

Taxılçılıqda xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə fermerlərin və toxumçuların sualları cavablandırılıb, onlara müvafiq məsləhətlər verilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

DOĞRU.AZ

image-boieb12m2orgw7laywjec7xn4cjt1z5tzfucjmrbimage-cdmkaqa6ghuvtlsrfiilashygeuvepgnxsd1zvqsimage-tskg98nscduzuybk6xgjoy2tsk1r5nuesxhezuxdimage-uyee72pwffg4gixqez5zuz51v4foe9ztnprngpy7

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki