Bolqarıstanın müdafiə naziri Todor Taqayevin verdiyi məlumata görə, ilk 30 zirehli transportyoru olan vaqon Sofiyadan Kiyevə göndərilib.
Nəqliyyat əməliyyatı yanvarın 29-da başlayıb və 30 vaqondan ibarət ilk karvan martın 7-də yola düşüb. Bu əməliyyatda 240 hərbçi iştirak edib. Ümumi nəqliyyat xərcləri 170 min levanı (təxminən 95 min dollar) keçib.
Bundan əvvəl Bolqarıstan hökuməti Daxili İşlər Nazirliyinin arsenallarından istifadədən çıxarılan 100 zirehli transportyoru Ukraynaya təhvil verməyə hazır olduğunu bəyan edib. Bu avadanlıq Kiyevə ölkə Milli Assambleyasının qərarı ilə pulsuz verilib.
Mənbə: A Haber