image-n1karobka_ads
image-123
image-17616245125419549985_1200x630backend

“Böyük Qayıdış”: Xocavəndə yeni köçkün ailələr gətirilib

image-ad_qayo_720x110px

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir.

Doğru.az xəbər verir ki, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə 20 ailə – 71 nəfər, Sos kəndinə isə 10 ailə – 42 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını çatdırıb, şəhidlərimizə rəhmət diləyiblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki