image-n1karobka_ads
image-123
image-17630924733378435631_1200x630backend

“Böyük Qayıdış” Zəngilanın Ağalı kəndində davam edir: 41 ailə doğma yurda qayıtdı  

image-ad_qayo_720x110px

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” layihəsi davam etdirilir.

Doğru.az xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə 41 ailə – 110 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər dövlətin hərtərəfli qayğısını hiss etdiklərini bildirərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini çatdırıblar. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Zəngilanın Ağalı kəndinə köçən ailələr əvvəlcə respublikanın müxtəlif yerlərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki