image-n1karobka_ads
image-123
image-695baaef02e8bd39eb4df3d4backend

Brijit Makronla bağlı saxta xəbərlər yayanlar cəzalandırıldı

image-ad_qayo_720x110px

Paris məhkəməsi Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makron haqqında internetdə saxta məlumatlar yayan on nəfəri təqsirli bilib.

Doğru.az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb. Bildirilib ki, təqsirləndirilən şəxslər 41–65 yaş aralığında olan səkkiz kişi və iki qadındır. Onlar Brijit Makronun guya kişi doğulması ilə bağlı şayiələr də daxil olmaqla, çoxsaylı zərərli və təhqiredici paylaşımlar yaymaqda ittiham olunublar.

Məlumata görə, sözügedən iş üzrə nəzərdə tutulan maksimum cəza səkkiz ay şərti həbs olub.

Xatırladaq ki, ötən ilin oktyabrında Fransanın BFMTV telekanalı Brijit Makronun adının vergi saytında kişi soyadı ilə qeyd olunduğu barədə məlumat yaymışdı. Sentyabr ayında isə amerikalı jurnalist Kendas Ouens Brijit Makrondan guya “orijinal cinsini” müəyyən etmək üçün tibbi müayinədən keçməsini tələb edəcəyini açıqlamışdı.

Bundan əlavə, LBC radiosu Brijit Makronun ABŞ məhkəməsində qadın olduğuna dair sübutlar təqdim etməyə hazırlaşdığını bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki