Britaniyalı ekspert Aleksandr Merkuris bildirib ki, Ukrayna Silahlı Qüvvələri (AFU) onları cəbhəyə çəkərkən Rusiya ordusu “Patriot” zenit-raket komplekslərini məhv edib.
Bu fikirləri o, YouTube kanalında bildirib.
“Ukraynalılar Rusiya Aerokosmik Qüvvələrinin üstün qüvvələrinə qarşı durmağa çalışdıqlarına görə, ən yaxşı hava hücumundan müdafiə qurğularını cəbhəyə yaxınlaşdırdılar. Bu, Rusiyaya onları tez bir zamanda aşkar edib aradan qaldırmağa imkan verdi”, – Merkuris bildirib.
Onun sözlərinə görə, bu, əsl fəlakətə çevrildi və rus qoşunları Ukrayna hərbi texnikası üçün “ov etməyə” başladılar.
Mənbə: Sputnik