image-2000x150px
image-123
image-ads_atlas
image-20171005_gaf_u39_917-pic_32ratio_1200x800-1200x800-63378backend

Britaniyanın Müdafiə Nazirliyi 2012-ci ildən bəri ən böyük çatışmazlıq ilə üzləşib

image-728x90px

Böyük Britaniyanın Müdafiə Nazirliyi 2012-ci ildən bəri hərbi texnikanın alınması və saxlanılması üçün təxminən 17 milyard funt sterlinq həcmində ən böyük büdcə kəsiri ilə üzləşib.

Bu barədə Britaniya Parlamentinin Büdcə Xərclərinə Nəzarət Komitəsinin hesabatında deyilir.

2012-ci ildən Böyük Britaniyanın Müdafiə Nazirliyi hər il hərbi texnikanın alınması və saxlanması üçün büdcə ayırma planı tərtib edir.

Parlamentin saytında dərc olunan yeni hesabata görə, Müdafiə Nazirliyi növbəti 10 il ərzində cari plan üçün 288,6 milyard funt sterlinq maliyyə ayırıb. Bununla belə, proqnozlaşdırılan xərclər 65,7 milyard funt sterlinq artaraq 305,5 milyard funt-sterlinqə yüksəldi və 16,9 milyard funt-sterlinq kəsir buraxıb.

Mənbə: BBC

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki