Rusiya aktivlərinin müsadirəsinin müzakirə olunduğu Brüsseldə keçirilən Avropa İttifaqı sammiti müharibə şurasına çevrilib.
Doğru.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban məlumat verib. O, bildirib ki, sammitdə səslənən şərhlərin 90%-i Rusiyanı necə məğlub etmək barədə idi.
Orban əlavə edib ki, Avropa Birliyi, Rusiyada daha çox özəl Avropa aktivlərinin mövcud olduğunu və cavab olaraq onların dondurula biləcəyini nəzərə alaraq, Rusiya aktivlərinin müsadirə edilməsi ideyasından imtina edib.
DOĞRU.AZ




























