İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev 5 may 2020-ci ildə DTX tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Ötən il Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb. Qərara əsasən, V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib.
Fotoda: Vilyam Hacıyev

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 11 il həbs cəzası alıb. Ötən il Ali Məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edib. Qərara əsasən, M.Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib. Onun işi ölkədə korrupsiyaya qarşı mübarizənin nümunəsi kimi göstərilir.
Fotoda: Mahir Quliyev

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev 21 fevral 2020-ci ildə həbs olunub. 67 yaşlı Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ilin fevralında Ali Məhkəmədə keçirilən iclasda İsmayıl Vəliyevin cəzası 6 il 2 aya endirilib.
Qeyd edək ki, İsmayıl Vəliyev 9 il Neftçalanın icra başçısı olub.
Fotoda: İsmayıl Vəliyev

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova 12 il həbs cəzası verilib. 2023-cü ildə Şirvan Apellyasiya Məhkəməsində keçirilən iclasda Namiq Zeynalovun cəzası 11 il 9 aya endirilib. Namiq Zeynalov həbs ediləndən sonra 2 milyon manatlıq əmlakı müsadirə olunub.
Fotoda: Namiq Zeynalov

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında DTX tərəfindən həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Alimpaşa Məmmədovun cəzası bir il azaldılaraq cəzası 10 il 6 aya endirilib.
Fotoda: Alimpaşa Məmmədov

Kürdəmir rayon icra hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov 2020-ci ilin avqustunda saxlanılıb. Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətində həbs cəzasına məhkum edilib. Sonradan Şirvan Apellyasiya Məhkəməsi sabiq başçının cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb. 2025-ci ilin fevralında korrupsiya ittihamları ilə məhkum edilmiş Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. Eks-icra başçısı azadlığa çıxıb.
Fotoda: Ceyhun Cəfərov

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev 2025-ci ilin iyununda DTX tərəfindən saxlanılıb. Prezident İlham Əliyevin ötən il iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Musa Şəkiliyev qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur. İstintaq savam edir.
Fotoda: Musa Şəkiliyev

Balakən rayonunun sabiq icra başçısı İslam Rzayev 2025-ci ilin oktyabrında DTX əməliyyatı zamanı həbs olunub. O, AR Cinayət Məcəlləsinin 179.3.2 və 311.3.2 maddələri ilə ittiham olunur. Səbail Rayon Məhkəməsi onun barəsində ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçib. 2026-cı ilin fevralında bu müddət 3 ay daha uzadılıb və hələlik məhkəmə prosesi davam edir. İslam Rzayev də bayramı həbsdə qarşılayan sabiq icra başçılarındandır.
Fotoda: İslam Rzayev

Yolu məhbəsdən keçən icra başçılarından biri də Ağstafanın sabiq rəhbəri Nizaməddin Quliyev olub. O, 2021-ci ilin sentyabrın 7-də Gəncə modul tipli xəstəxanasında COVİD-19-dan vəfat edib.
Fotoda: Nizaməddin Quliyev

Yevlax şəhər icra hakimiyyətinin sabiq başçısı Qoca Səmədov da 7 il 3 ay həbs cəzasına məhkum edilib. Amma səhhətində problem olduğu üçün 2023-cü ilin iyul ayında azadlığa buraxılıb.
Qoca Səmədov 5 dekabr 2023-cü ildə vəfat edib.
Fotoda: Qoca Səmədov



























