image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20210418-221956_youtubebackend

Bu mövsüm soğan bol olacaq – VİDEO

image-728x90px
Bu mövsüm soğan bol olacaq. Çünki, Bərdədə soğan yığımına başlanıb. Bu il məhsuldarlıq xeyli yüksəkdir. Qiymətlər isə ötən ildəkindən aşağı olsa da, alıcı hələ ki, çox azdır.

Sahələrdə soğan yığımı aparılır.

Görüntülər Bərdədəndir. Rayonda faraş soğanın yığılmasına başlanıb.

İlk olaraq soğan yığımına başlayan fermerlərdən biri Vüar Babayevdir. Onun sözlərinə görə, bu il məhsuldarlıq yüksəkdir. Məhsulun bol olmasına səbəb aqrotexniki qaydalara düzgün əməl edilməsi və damcı suvarma üsuluna üstünlük verilməsidir.

Fermerlər bildirirlər ki, bu il soğanın topdan satış qiyməti 40-50 qəpik, pərakəndə satış qiyməti isə 60-80 qəpikdir. Bu da ötən ildəkindən 20 qəpik aşağıdır. Alıcı da çox azdır.

Bərdə soğanı daxili bazarla yanaşı, Rusiya, Ukrayna, Belarusiya və Gürcüstana ixrac olunur. Fermerlər ixraca dəstək üçün müavfiq dövlət qurumlarına müraciət də ediblər.(xəzərxəbər)

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki