Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian deyib ki, Birləşmiş Ştatlar Tayvana hərbi yardım və silah təchizatını davam etdirməklə onu addım-addım təhlükəli müharibə həddinə doğru itələyir.
Onun sözlərinə görə, bu, “bir Çin” prinsipinin və üç birgə Çin-Amerika kommünikesinin kobud şəkildə pozulmasıdır.
Bu, Çinin suverenliyini və təhlükəsizlik maraqlarını ciddi şəkildə təhdid edir, həmçinin Tayvan boğazında sülh və sabitliyi pozur.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Tayvana hərbi yardım göstərmək üçün 567 milyon dollar ayrılması barədə göstəriş vermişdi.
Bundan əlavə, Tayvan ABŞ-dan Harpoon gəmi əleyhinə qanadlı raketlərin ilk partiyasını aldı.
Mənbə RİA Novosti