image-ads_n1karobka_mobile
image-7ef1a7a7-1297-4148-8aad-63360d851e71backend

Çinarə Bakıda ilk konsertini verdi – FOTOLAR

Müğənni Çinarə Məlikzadə Bakıda ilk böyük konsertini gerçəkləşdirib.

Doğru.Az xəbər verir ki, sənətçi Heydər Əliyev Mərkəzinin həyətində sevənləri ilə bir araya gəlib.

Açıq havada təşkil olunan tədbirdə canlı ifalarını səsləndirən Çinarəni musiqiçilər müşayiət edib.

Müğənni “Qarşınıza çıxmaq məni həyəcanlandırsa da, qürurlu anlar yaşadım. Mənimlə birgə ifa etdiyiniz mahnılar hələ də qulağımdadır. Konsertimdə məni yalnız qoymayan tamaşaçılara təşəkkür edirəm!”, – deyə, konsertə gələnlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, xeyli insanın qatıldığı konsert 2 saata yaxın davam edib.

image-41a1a4e0-701b-4471-abe8-c0759e157357 image-b74b57ff-a796-4fd1-af15-6da9ab027706 image-55ffab99-9879-4d68-9b74-f91ba0cf58de image-1d509e83-6a02-4572-b5be-841ecbd403b6


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki