image-n1karobka_ads
image-123
image-68f16edeae5ac966e343bd23backend

Dağıstanda ana və bir yaşlı körpəsi dəm qazından boğularaq ölüb

image-ad_qayo_720x110px

Dağıstanda faciəvi hadisə baş verib – 25 yaşlı qadın və onun bir yaşlı uşağı dəm qazından zəhərlənərək həyatını itirib.

Doğru.az xəbər verir ki, hadisə Kizlyar rayonunun Rıbalko kəndində yerləşən fərdi yaşayış evində baş verib. Rusiya Federasiyasının Respublika üzrə İstintaq Komitəsindən bildirilib ki, evdə yaşayan qadın və onun azyaşlı övladının meyitləri aşkar edilib. İlkin araşdırmalara əsasən, onların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.

Faktla bağlı istintaq orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, apreldə Kalininqradda dörd əcnəbinin dəm qazından zəhərlənərək öldüyü bildirilmişdi. Onların meyitləri də yaşayış binasında tapılmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki