Dağıstanda yol kənarındakı kafedə baş verən qaz partlayışı nəticəsində 4 nəfər xəsarət alıb.
Doğru.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahı məlumat yayıb.
Məlumata görə, Kızılyurt rayonunun Stalskoye kəndində baş verən partlayış sonrası yanğın olmayıb. Bina dağılmasa da, pəncərələr sındırılıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
Qeyd edək ki, bundan əvvəl Tolyattidə çoxmənzilli binanın mənzilində qaz-hava qarışığından partlayış baş vermişdi.
DOĞRU.AZ