image-2000x150px
image-123
image-ads_atlas
image-1614448625952_dkeeezotbackend

Daha 4 məktəb koronavirusa görə bağlandı

image-728x90px

Ağdaş rayonunda koronavirus təhlükəsinə görə bir neçə orta məktəbdə əyani dərslər dayandırılıb, şagirdlər distant təhsilə cəlb olunub.

Doğru.az xəbər verir ki, rayonun Aşağı Nemətabad, Orta Ləki, Qəsl və Qülbəndə kənd tam orta məktəblərinin 4 müəllimində COVID-19 testinin cavabı pozitiv çıxıb. Bu səbəbdən Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.

Hazırda dərslər distant şəkildə davam etdirilir. Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu dörd məktəbdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, 2020-2021-ci tədris ili başlayandan bu günə kimi rayon üzrə təhsil müəssisələrində 45 şagird və 20 müəllimdə COVID-19 virusu aşkar edilib. İndiyədək 7 tam orta məktəbdə dərslər distant təhsilə cəlb olunub.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki