image-n1karobka_ads
image-123
Direktorların işə qəbulu ilə bağlı açıqlamabackend

Direktorların işə qəbulu ilə bağlı açıqlama

image-ad_qayo_720x110px

Bu ilin 6-7 mart tarixlərində direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi sanitar-epidemioloji tələblərə uyğun olaraq 25 imtahan mərkəzində həyata keçiriləcək.
 
Təhsil Nazirliyindən “Doğru.az”a verilən məlumata görə, namizədlərdən imtahana şəxsi səhifədə qeyd olunan vaxtdan 1 saat tez gəlmək, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirmək tələb olunur. Namizədlər müvafiq linkə daxil olaraq imtahan təlimatı ilə tanış ola bilərlər: Təlimat
 
İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq.
 
Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki