image-2000x150px
image-123
image-ads_atlas
image-img-20211214-wa0019backend

Dövlət Agentliyinin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, 13-15 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri üzrə Mükafatlandırma Mərasimində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində səfərdədir.

Tədbir Birləşmiş Millətlər Təşkilatı ilə BƏƏ-nin Kabinet İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Mərasimdə BMT Dövlət Xidmətlərinin Mükafatının 2020-ci və 2021-ci illər üzrə qalibləri iştirak ediblər.

BƏƏ-nin hökumətin inkişafı və gələcək məsələləri üzrə dövlət naziri Uhud Əl Rumi və Birləşmiş Millətlər Təşkilatının idarəetmə strategiyası, siyasət və uyğunluq üzrə Baş Katibinin müavini Ketrin Pollard çıxış ediblər.

Sonra qaliblərin təltif edilməsi mərasimi baş tutub.

Tədbir zamanı Dövlət Agentliyinin sədri BƏƏ-nin yerli mətbuat orqanına müsahibə verib.

Xatırladaq ki, “ASAN xidmət” 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.
Dövlət Agentliyi bu il tədbirə fəxri qonaq qismində dəvət edilib.

Nümayəndə heyətinin BƏƏ-yə səfəri davam edir.

DOĞRU.AZ

image-img-20211214-wa0024 image-img-20211214-wa0021 image-img-20211214-wa0020 image-img-20211214-wa0023 image-img-20211214-wa0019

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki