Sürücülərin yorğun və yuxusuz halda avtomobil idarə etməsi yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Təqdim olunan videogörüntülər göstərir ki, belə hallar dəfələrlə insanların həyatına son qoyan ağır qəzalarla nəticələnib.
Doğru.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, DYP tərəfindən sürücülərə çağırışlar edilməsinə və qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ də bir çox sürücü iş və istirahət rejiminə əməl etmədən sükan arxasında əyləşir.
Məlumatda qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsinin növbəti tədbiri zamanı sürücülərlə zəruri izahat işləri aparılıb, xüsusilə yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlara 2–3 saatlıq fasiləsiz hərəkətdən sonra qısamüddətli istirahətin vacibliyi xatırladılıb. İdarə bu qəbildən tədbirlərin davamlı olaraq təşkil ediləcəyini bildirib.
DOĞRU.AZ




























