image-2000x150px
image-123
image-ads_atlas
image-received_1654177641625064backend

Edis 2 gün Bakıda möhtəşəm konsert verib

image-728x90px

Türkiyəli tanınmış müğənni Edis Görgülü
Bakıda konsert verib.
Konsert 7- 8 may Bakı Konqres Mərkəzində baş tutub. Edislə birgə Bakıya Edisin 30 nəfərlik komandası, musiqiçiləri, rəqqasları və vokalçıları gəlib.

Edis Londonda doğulub, İzmirdə böyüyüb. Edisin ölkəmizlə bağlılığı var – anası azərbaycanlıdır.
Edis öncə aktyor kimi məşhurlaşsa da, sonradan oxumağa qərar verib. “Benim Ol” mahnısı ilə tanınan müğənni ilk albomunu 2018-ci ildə buraxıb.

90 dəqiqə səhnədə canlı 29 mahnı ifa edən sənətçi rəqsləri ilə diqqət çəkib.
Konsertdə Edisin “Martılar”, “Arıyorum”, “Çok çok”, ” Yalan” və digər populyar mahnıları səsləndi. Sənətçi öz sevilən xitlərini səsləndirməklə yanaşı Azərbaycan mahnısı da oxuyub. Belə ki, o səhnəsi zamanı məşhur “Ayrılıq” mahnısını ifa edib.

Fanatları Edisi izdihamla qarşılayıb.
Konsert böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.
Azərbaycan tarixində ən tez satılan konsert mükafatına layiq görülən Edisi 2 gün 7 minə yaxın insan izləyib.

Günel Həsənova “DOĞRU.AZ”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki