image-n1karobka_ads
image-123
image-f3e48a47-3599-4d1d-b648-a3dcb59653e2backend

Ədliyyə naziri Fərid Əhmədov Gəncədə vətəndaşları qəbul edəcək

image-ad_qayo_720x110px

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 24-də Gəncə şəhərində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Gəncə şəhəri ilə yanaşı, Samux, Göygöl, Daşkəsən, Goranboy, Naftalan və Kəlbəcər rayon sakinləri də iştirak edə biləcəklər.

Doğru.az xəbər verir ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair müraciətlərini çatdırmaq üçün oktyabrın 23-dək yalnız rəsmi iş günləri və saatları ərzində Gəncə regional ədliyyə idarəsinə (ünvan: Gəncə şəhəri, 28 May küçəsi 52, tel: (022) 254 45 15) müraciət edə bilərlər.

Həmçinin Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili: 10941) nömrəsinə zəng etməklə, qebul@justice.gov.az e-poçt ünvanı və ya nazirliyin rəsmi saytındakı “Elektron xidmətlər” bölməsindən qeydiyyatdan keçərək də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və şəxsiyyət vəsiqəsini özləri ilə gətirmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki