Cari ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,3 faiz artaraq 4812,7 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3626,0 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.
Bu ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 472,3 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 36,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
DOĞRU.AZ