image-n1karobka_ads
image-123
image-bez-imeni-1-pic_32ratio_900x600-900x600-94008backend

Ən güclü Android smartfonlarının adları məlum olub

image-ad_qayo_720x110px

AnTuTu etalonunun tərtibatçıları noyabr ayının ən güclü Android smartfonlarının reytinqini iki kateqoriya üzrə tərtib ediblər.

Ən məhsuldar flaqman cihazı 2,18 milyon xal toplayan oyun Red Magic 9 Pro+ idi. Smartfon yüksək keyfiyyətli soyutma sistemi və ən son Snapdragon 8 Gen 3 çipi əldə edib.

İkinci yerdə MediaTek Dimensity 9300 əsasında hazırlanmış Vivo X100 (2,18 milyon) flaqmanı olub. Ondan sonra Snapdragon 8 Gen 3 çipi ilə iQOO 12 (2,17 milyon) qərarlaşıb.

İlk 10-luğa həmçinin iQOO 12 Pro, Vivo X100 Pro, Xiaomi 14 Pro, Xiaomi 14, iQOO 11S, OnePlus Ace 2 Pro və Vivo X90 Pro+ daxildir.

Orta büdcəli cihazlar kateqoriyasında 1,16 milyon xal toplayan Snapdragon 7+ Gen 2 çipi ilə Realme GT Neo5 SE yeddinci aydır lider kimi tanınıb. Analoji avadanlıqla ikinci yerdə Redmi Note 12 Turbo (1,15 milyon) qərarlaşıb. Üçüncüsü MediaTek Dimensity 8200 çipi ilə Oppo Reno11 5G (1,02 milyon) smartfonudur.

İlk onluğa həmçinin iQOO Z8, iQOO Neo7 SE, Vivo S17 Pro, Redmi Note 12T Pro, Xiaomi Civi 3, Redmi K60E və OnePlus Ace Racing daxil olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki