Energetika naziri Pərviz Şahbazov oktyabrın 10-da Naxçıvan şəhəri və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlarla görüşəcək.
Doğru.az xəbər verir ki, görüş saat 11:00-da “Naxçıvan Enerji” MMC-nin inzibati binasında (Ünvan: Naxçıvan şəhəri, AZ7000, Z.Əliyeva küçəsi 1/12) keçiriləcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar aşağıdakı vasitələrlə qeydiyyatdan keçə bilərlər:
Energetika Nazirliyinin “974” Çağrı mərkəzi
598-16-55 “Qaynar Xətt”
598-16-53/54 (daxili 1145, 1146) – əlaqələndirici şəxs: Əzizə Cəfərova
Elektron poçt: minenergy@minenergy.gov.az
“Qəbula yazılmaq” bölməsi: www.minenergy.gov.az
DOĞRU.AZ