image-n1karobka_ads
image-123
image-154262708990019341_1200x630backend

Energetika naziri Pərviz Şahbazov noyabrın 28-də vətəndaşlarla görüşəcək

image-ad_qayo_720x110px

Energetika naziri Pərviz Şahbazov noyabrın 28-də Xızı, Siyəzən, Şabran, Sumqayıt və Abşeron rayonlarından olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən Doğru.az-a bildirilib ki, görüş saat 11:00-dan başlayaraq Xızı rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ8000, Xızı şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs: Famil Əliyev; əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron poçt ünvanı: office.khachmaz@regulator.gov.az), Sumqayıt filialı (əlaqələndirici şəxs: Seymur Hacıyev, əlaqə telefonu: (050) 250-18-18, elektron poçt ünvanı: office.sumgayit@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq” bölməsi vasitəsilə də müraciət etmək mümkündür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki