image-ads_n1karobka_mobile
image-1773861098_araqcibackend

Əraqçi başsağlığı verdi

image-add-a-heading

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin zərbələri nəticəsində ölkə ərazisində türk sürücüsünün ölümü ilə bağlı başsağlığı verib.

Teleqraf.az xəbər verir ki, Əraqçı sosial media hesabında yazıb: “İran torpağında düşmən Amerika-İsrail qüvvələri tərəfindən hədəfə alınan zəhmətkeş türk sürücü Hüseyn Fıratın haqsız yerə ölümü təcavüzkarların günahsız mülki şəxsləri hədəf aldığının açıq sübutudur. Bu mübarək ayda bu nəcib şəhid üçün rəhmət diləyir və ailəsinə başsağlığı verirəm”.

Xatırladaq ki, hadisə martın 4-də baş verib. 29 yaşlı Firat İranda yük maşınına İsrail raketinin dəyməsi nəticəsində ağır yaralanıb. O, martın 12-də xəstəxanada ölüb.

Firat Əfqanıstana yük daşıdıqdan sonra İran vasitəsilə Türkiyəyə qayıdırmış.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki