image-2000x150px
image-123
image-ads_atlas
image-1663358336_erdoganbackend

Ərdoğan bu tarixdə ABŞ-a gedəcək

image-728x90px

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Amerika lideri Co Baydenlə danışıqlar aparmaq üçün ABŞ-a səfər edə bilər.

Doğru.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazıb.

“Əgər ABŞ-ın seçki təqvimində problem olmasa, Ərdoğan mayın ikinci həftəsində Vaşinqtona getməyə razı olacaq. Mayın 9-da Ərdoğanın Baydenlə danışıqlarına diqqət yetirə bilərsiniz”, – nəşr yazıb.

Qəzetin qeyd etdiyi kimi, iki ölkə arasında son qarşılıqlı yüksək səviyyəli səfərlərdən sonra bir müddətdir ki, Türkiyə və ABŞ liderlərinin yaxınlaşması üçün səylər davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki