image-n1karobka_ads
image-123
image-671b5959ae5ac91c265a645fbackend

Ərdoğan Putinlə Moskva və Kiyev arasında məhbus mübadiləsi prosesini müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda rusiyalı həmkarı Vladimir Putinlə Moskva və Kiyev arasında məhbus mübadiləsini müzakirə etdiyini bildirib.

“Hazırda biz məhbusların mübadiləsi ilə bağlı atılan addımları diqqətlə izləyirik. Biz problemləri diplomatik yolla həll etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”, – Türkiyə lideri Kazandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

Onun sözlərini RİA Novosti sitat gətirir.

Ərdoğan bildirib ki, iki ölkə arasında sülh danışıqlarına tez bir zamanda başlamaq və müsbət nəticəyə yol açmaq lazımdır.

“Bu müharibə mütləq sona çatacaq və bizim vəzifəmiz onu lazımsız qan və göz yaşları olmadan bitirməkdir”, – Türkiyə lideri bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki