Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğu təyyarə Kazana çatıb.
Qeyd edildiyi kimi, Türkiyə lideri ilə rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar planlaşdırılır.
Həmçinin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev BRİKS sammitinin tədbirlərində iştirak etmək üçün Kazana gəlib.
Bundan əvvəl BRİKS sammitinə gələn Belarus prezidenti Aleksandr Lukaşenkonun Kazan hava limanında digər gələn liderlər kimi çak-çakla qarşılandığı bildirilirdi.
Mənbə RİA Novosti