image-n1karobka_ads
image-123
image-675146abae5ac96bdb7dd9febackend

Ermak Vaşinqtonda Trampın komandası ilə görüşüb

Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Ermak dekabrın 4-də Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının yüksək vəzifəli nümayəndələri ilə görüşüb.

Bu barədə Reuters xəbər verir.

Qeyd olunur ki, görüşdə ABŞ tərəfindən Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolz və ABŞ-ın Ukrayna üzrə gələcək xüsusi nümayəndəsi Keyt Kelloq iştirak edib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın sözlərinə görə, bu səfər ABŞ-ın yeni administrasiyası ilə əlaqə yaratmaq üçün çox vacibdir.

O, mətbuat konfransında deyib: “Aparat rəhbəri səviyyəsində bu təmas yeni administrasiyanın nümayəndələri ilə əlaqələrin qurulması üçün çox vacibdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki