image-2000x150px
image-970x50px
image-bf9xp3eflamv8ka98n0h8puqmmafjpzcli3l919b-1backend

FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən regional layihənin onlayn görüşü keçirilib

image-728x90px

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatının prioritet istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində layihələrin icrası davam etdirilir. Layihələrin icrası və koordinasiyasına məsul qurum kimi Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən “Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması” adlı regional layihənin onlayn görüşü keçirilib.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, o cümlədən FAO-nun yerli və beynəlxalq ekspertləri iştirak ediblər.

Tədbirdə layihənin ümumi icrası, layihə çərçivəsində gələcəkdə görülməsi planlaşdırılan işlərin daha operativ və çevik həyata keçirilməsi məqsədilə İşçi Qrupunun yaradılması, milli siyasət və strateji fəaliyyət planlarının hazırlanması, ərzaq israfı ilə bağlı maraqlı tərəflər arasında sorğunun keçirilməsi və digər əlaqəli məsələlər müzakirə edilib.

Layihə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda həyata keçirilir. Layihənin əsas məqsədi ərzaq israfı və tullantısının ölçülməsi, məlumatların toplanması və qabaqcıl təcrübənin tətbiqinin həyata  keçirilməsi, eyni zamanda ərzaq tullantılarının azaldılması və israfının qarşısının alınması və onların müxtəlif sənaye təyinatlı (kosmetoloji məhsulların və dərman preparatlarının hazırlanması, yem məhsulu istehsalı) məqsədlərlə təkrar emala cəlb edilməsi yolu ilə emal sənayesinin inkişafı, ekoloji tarazlığın daha da qorunması və ətraf mühitin çirklənməsinin azaldılmasıdır.

Əlavə olaraq, layihə regional strategiya, milli siyasət və ərzaq israfı və tullantısının azaldılmasına dair strateji fəaliyyət planlarının hazırlanmasını, milli və regional səviyyədə ərzaq israfı və tullantısı haqqında məlumatlılığın artırılmasını və bu sahədə  regiondaxili əməkdaşlığın genişləndirilməsini hədəfləyir.

DOĞRU.AZ 

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki