“Fevralın 1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə dərslərin qismən bərpa olunması üçün qərarların verilməsi nəzərdə tutulur”.
Doğru.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, bu, ölkədə COVİD-19 virusuna yoluxma statistikasından asılı olacaq.