Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ölkəsinin hakimiyyətini Avropa Birliyi və Şimali Atlantika Alyansından çıxmağa çağırıb.
Siyasətçi Kazanda baş tutan BRİKS sammitini şərh edib.
“36 dünya lideri. Planet əhalisinin yaxşı yarısı. BMT baş katibi. Xeyr, uğur qazanan mütləq “Qərb”dir: Rusiya tamamilə təcrid olunub!” – deyə o , sosial şəbəkədə yazıb.
Filipponun sözlərinə görə, Fransa NATO və Avropa İttifaqından müstəqilliyini bərpa etməli, bu strukturları tərk edərək sülh və dialoq yolunu seçməlidir.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, BRİKS sammiti NATO və Aİ sammitlərindən fərqli olaraq sağlam insanın sammitidir.
DOĞRU.AZ