image-2000x150px
image-123
image-ads_atlas
image-qacarbackend

Fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacar vəfat edib

image-728x90px

Doğru.az xəbər verir ki, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacar vəfat edib.

Qeyd edək ki, Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub.
Molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə o 1982-ci ildə Azərbaycan SSR-nin Dövlət Mükafatına və SSRİ EA-nın S.İ. Vavilov adına mükafata layiq görülüb, 2004-cü ildə isə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub.

Ona 1990-cı ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı verilib. 18 aprel 2014-cü ildə Aka¬demik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki