Fransa hakimiyyəti radikal islama bağlılıqda şübhəli bilinən 40-a yaxın Rusiya vətəndaşının deportasiyası prosesinə başlamaq niyyətindədir.
Bu barədə RMC-yə istinadən Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin bildirib.
“Biz radikallaşma şübhəsi ilə xüsusilə yaxından izlədiyimiz 39 Rusiya vətəndaşının siyahısını tərtib etmişik”, – o izah edib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, Paris indi deportasiya olunmuş rusları qəbul etmək üçün Moskvanın razılığını gözləyir.
Məlumdur ki, Rusiya hakimiyyəti Fransadan qovulmağa hazırlaşan vətəndaşları müəyyən etməyə nail olub.
Hələlik Rusiya vətəndaşlarının Fransadan deportasiyasının vaxtı məlum deyil.
Mənbə: Sputnik