Fransada Milad və Yeni il tətilləri ərəfəsində ilbiz və istiridyə fermalarında təhlükəsizlik tədbirləri gücləndirilib.
Doğru.az xəbər verir ki, BFMTV kanalının məlumatına görə, bayramlardan əvvəl bu məhsullara tələbat kəskin şəkildə artdığından oğurluq riski də yüksəlir.
Jandarma sözçüsü podpolkovnik Ervan Kuffard bildirib: “Biz bütün əraziyə genişmiqyaslı qüvvələr yerləşdiririk və ehtiyatda olan əsgərlərin səfərbər edilməsi yolu ilə gücləndirmələr edirik.”
Bəzi fermalar artıq quldurların zərərinə uğrayıb. Qeux kommunasında naməlum şəxslər 90.000 avro dəyərində dondurulmuş və təzə ilbizlərin bütün ehtiyatını oğurlayıblar. Vyana kommunasında isə ördək döşləri və fua-qra olan anbar qarət edilib.
Qeyd edək ki, bundan əvvəl Parisdə Fransanın keçmiş prezidenti Fransua Ollandın mənzili də qarət olunmuşdu.
DOĞRU.AZ




























