image-n1karobka_ads
image-123
Füzulidən olan məşhurlar qələbəni BELƏ QARŞILADILARbackend

Füzulidən olan məşhurlar qələbəni BELƏ QARŞILADILAR

image-ad_qayo_720x110px

Bu gün Prezident İlham Əliyev Azərbaycan xalqına sevincli xəbər catdırdı. Belə ki, Füzuli şəhəri və Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri erməni işğalından azad olunub.
Doğru.az BİG.AZa xəbər verir ki, bir çox tanınmış simalarımız məhz işğaldan azad olunan Füzuli şəhərindəndir. Xəbər eşidən məşhurlar qələbə sevincini sosial media hesablarında bölüşüb.

Həmin məşhurları təqdim edirik:
Müğənni Manaf Ağayev: “Şükürlər olsun bu günləri də gördük. Gözümüz aydın olsun.Bütün xalqımızı, yerlilərimi təbrik edirəm. Yaşasın azərbaycan ordusu. Yaşasın prezidentimiz!”.
Əməkdar artist Ədalət Şükürov: “Mənim ana yurdum! Füzuliləri, mənim qohumlarımın gözü aydın olsun! Allah bizə kömək olsun!”.
Müğənni Zenfira İbrahimova: “Rahat yat, ata. Səhərə kimi yatmadım mən. Yaşa şanlı ordumuz”.
Aparıcı Zümrüd Bədəlova: “Anamı, xalalarımı, dayılarımı və bütün Füzuliləri təbrik edirəm. Nənəmin, babamın, dayımın məzarı sevinclidi artıq. Uşaqlığımım küçdiyi o yerlərə getmək həyəcanı ilə…”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki