Müstəntiqlər Rusiya Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının keçmiş rəis müavini, general-mayor Ruslan Allahverdiyevə qarşı cinayət təqibini dayandırıblar. Onlar general-mayor Ruslan Alahverdiyevi xüsusi hərbi əməliyyata (Ukrayna müharibəsi-red.) qatılmaq üçün azadlığa buraxıblar.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Sayt hüquq-mühafizə orqanlarından birinin adı açıqlanmayan əməkdaşına istinad edib. Qeyd edək ki, Ruslan Allahverdiyev rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurdu.
DOĞRU.AZ


























