image-n1karobka_ads
image-123
image-17234705965336118105_1200x630backend

Gilavar Foto Klubu mina qurbanları ilə bağlı fotolayihənin icrasını davam etdirir – FOTO

image-ad_qayo_720x110px

“Gilavar Foto Klubu” İctimai Birliyi mina qurbanları ilə bağlı “Təhlükənin kulMİNAsiya nöqtəsi” adlı fotolayihənin icrasını davam etdirir.

İctimai Birlikdən Doğru.az-a  bildirilib ki, layihənin əsas məqsədi cəmiyyəti mina təhlükəsi ilə bağlı maarifləndirmək, insanları mina hadisələrindən sığortalamaq, cəmiyyətə və bütün dünyaya mesaj ötürməkdir.

Layihə mina hadisələrinin ən çox baş verdiyi bölgələrdə və keçmiş cəbhəyanı ərazilərdə həyata keçirilir. Layihənin çəkiliş heyəti tərəfindən həmin rayonlara, kəndlərə səfərlər edilir, müxtəlif dövrlərdə mina partlayışları nəticəsində zərərçəkmiş insanlarla görüşlər keçirilir. Peşəkar fotoqraflar tərəfindən onların düşdüyü vəziyyətlər fotolar vasitəsilə qeydə alınır, acı həyat hekayələri yazıya köçürülür.

Yekunda çəkilən fotoşəkillərdən ibarət elektron fotokitabın hazırlanması, Azərbaycanda və xarici ölkələrdə fotosərgilərin təşkili və maarifləndirici videoçarxların hazırlanması nəzərdə tutulur.

Fotolayihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. “Gilavar Foto Klubu” İctimai Birliyi Agentliyin 2024-cü il üçün elan etdiyi böyük qrant müsabiqəsinin “İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə” mövzusu üzrə qaliblərindən biridir.

DOĞRU.AZ

image-17234705963300464100_1200x630 image-17234705962201920476_1200x630 image-1723470596279427909_1200x630 image-17234705963432412388_1200x630 image-17234705965869748238_1200x630 image-17234705962599117415_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki