image-2000x150px
image-123
image-ads_atlas
image-n4jurq3n2xtsyxcbidh4luo2aup5ubj6tl0mzusmbackend

“Greenovation” müsabiqəsinə start verilib

image-728x90px
Doğru.az xəbər verir ki, kənd Təsərrüfatı Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə ECOserve proqramı (Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii ehtiyyatların idarə olunması və ekosistem xidmətlərinin qorunması proqramı) çərçivəsində“Greenovation” müsabiqəsinə start verilib.

“Greenovation” müsabiqəsi Cənubi Qafqazda, eləcə də Azərbaycanda kənd təsərrüfatı sektorunda və təbii resursların idarə olunması zamanı yaranan problemləri müəyyənləşdirmək, həll yollarını yaşıl və innovativ bir şəkildə tapmaq üçün onlayn fikir yarışmasıdır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər və komandalar innovativ, ətraf mühitin qorunması istiqamətində ideayalarını  https://greenovation.hypeinnovation.com/ platforması üzərindən qeydiyyatdan keçərək təqdim edə bilərlər.

“Greenovation” müsabiqəsi üç mərhələdən ibarət olacaq. 29 mart – 25 aprel tarixlərini əhatə edən, “İdeyalara Çağırış” (Call For Challanges) adlanan birinci mərhələdə COVID-19 infeksiyasının təsirləri, iqlim dəyişiklikləri ilə  mübarizə, biomüxtəlifliyin qorunması istiqamətində “Yaşıl bərpa” ilə bağlı ideyalar toplanacaq və onlayn platformada dərc ediləcək.

Müsabiqənin “Həll yolları üçün çağırış” adlanan ikinci mərhələsində iştirakçıların həllini vacib saydıqları çətinliklər ümumiləşdiriləcək. Bundan sonra münsiflər heyəti tərəfindən elan edilən istiqamətlər üzrə çağırışlara uyğun olaraq innovativ “Yaşıl həll” yolları ilə bağlı müraciətlərin qəbuluna başlanacaq. Müsabiqənin ikinci mərhələsi 07-21 may tarixlərini əhatə edəcək.

Bütün mərhələlərdən uğurla keçən iştirakçılar “Təqdimat günü” adlanan üçüncü mərhələdə hazırladıqları layihənin təqdimatını edəcək və layihəni əsaslandıracaqlar. Mayın 31-də münsiflər heyəti tərəfindən seçim aparıldıqdan sonra qalib şəxs və ya komandalar müəyyənləşdiriləcək. Müsabiqənin qaliblərinə 10 min avro məbləğində dəstək paketi təqdim ediləcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki