image-ads_n1karobka_mobile
image-image_940x_69f5eb6988989backend

Güclü YANĞIN: Altı nəfər ölüb – Bu ölkədə

Çinin mərkəzi hissəsində yerləşən Henan əyalətində baş verən yanğın nəticəsində altı nəfər ölüb.

Ajans.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, hadisə mayın 2-də səhər saatlarında Linbao şəhərində yerləşən ayaq masajı salonunda baş verib.

Mlumata görə, alov sürətlə yayılaraq güclü tüstülənməyə səbəb olub, nəticədə altı nəfər məkanın içərisində qalıb.

Yanğınsöndürənlər zərərçəkənləri operativ şəkildə təxliyə edərək tibb müəssisəsinə çatdırıblar, lakin onları xilas etmək mümkün olmayıb. Salonda olan daha beş nəfər isə xilas edilib.

Yanğının səbəbləri hələ ki müəyyən edilməyib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki