image-n1karobka_ads
image-123
image-674d68a0ae5ac9725434377dbackend

Gürcüstan Daxili İşlər Nazirliyi: Tbilisidə etiraz aksiyalarında 224 nəfər saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanları Tbilisidə keçirilən etiraz aksiyalarında 200-dən çox adamı saxlayıb.

“Ümumilikdə İnzibati Xətalar Məcəlləsinə əsasən keçirilən etiraz aksiyalarında 224 nəfər saxlanılıb”, – deyə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb, RİA Novosti xəbər verir.

İdarənin qeyd etdiyi kimi, saxlanılanlardan 34-ü həbs edilib.

İki nəfər polis əməkdaşlarına basqın etməkdə və yanğın törədərək əmlaka ziyan vurmaqda ittiham olunur.

Bundan əvvəl etirazlar zamanı müxalifət liderlərindən biri Zurab Caparidzenin saxlanıldığı bildirilirdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki