Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ölkədə dövlət çevrilişi hazırlayan qrupun mövcudluğunu açıqlayıb.
Onun sözlərini RİA Novosti yayıb .
“Bütün əlamətlər çevrilişə hazırlaşan qruplaşmanın olduğunu göstərir”, – Papuaşvili bildirib.
O qeyd edib ki, hücum edənlər ölkədəki seçkilərlə bağlı yalan xəbərlər hazırlamaq və “iğtişaşlar üçün saxta bəhanə” yaratmaq niyyətindədirlər.
Natiq bununla bağlı monitorinq təşkilatlarının məşğul olduğunu vurğulayıb.
DOĞRU.AZ