image-ads_n1karobka_mobile
image-674ca4a0ae5ac90a336399edbackend

Gürcüstan Xarici İşlər Nazirliyi valideynləri övladlarını mitinq meydançasından uzaqlaşdırmağa çağırıb

image-add-a-heading

Gürcüstan Xarici İşlər Nazirliyi valideynləri övladlarını Tbilisidə etiraz aksiyalarının keçirildiyi parlament binasından aparmağa çağırıb.

“Müxtəlif KİV-lər yığıncaq və nümayişin keçirildiyi yerdə azyaşlı uşaqların göründüyü kadrları yayır… Hazırkı hərəkətlər dəfələrlə dinc toplantı çərçivəsindən kənara çıxıb və zorakılıq xarakteri alıb”, – TASS departamentin izahatına istinadən yazır.

Bundan əvvəl Tbilisidə etirazçıların pirotexniki vasitələrdən istifadə etməyə başladığı bildirilirdi.

Təhlükəsizlik qüvvələri təxribatçılara qarşı su şırnaqlarından istifadə edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki