Gürcüstanda parlament seçkilərində səsvermə üçün seçki məntəqələri açılıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 67-si xaricdə olmaqla 3,1 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir. 3,5 milyon seçicinin səsvermə hüququ var.
Ümumilikdə 18 partiya iştirak edir. Əsas namizədlər arasında hakim “Gürcü arzusu” partiyası və müxalifət koalisiyası var.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalının efirində respublikada seçki kampaniyasının sakit şəraitdə keçdiyini bildirib.
Mənbə RT rusca