image-n1karobka_ads
image-123
image-6723380802e8bd6653711a4abackend

Gürcüstanda seçki günü bülletenləri dolduran iki nəfər saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi parlament seçkiləri zamanı seçki məntəqəsində bülletenləri qutuya dolduran iki nəfərin saxlanıldığını açıqlayıb.

“2024-cü il oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri zamanı Marneuli bələdiyyəsinin Saddhuli kəndindəki 69 saylı seçki məntəqəsində təqsirləndirilən şəxslər qanuna zidd olaraq seçki qutusuna bülletenlər atıblar”, – məlumatda deyilir.

Bundan əvvəl Gürcüstanın Mərkəzi Seçki Komissiyası respublikanın Baş Prokurorluğuna parlament seçkilərinin saxtalaşdırılması hallarının araşdırılmasını xahiş etmişdi.

Həmçinin bildirilib ki, ABŞ və Avropa İttifaqı Gürcüstanda keçirilən parlament seçkilərində iddia edilən pozuntuların araşdırılmasını hansı qurumun üzərinə götürə biləcəyi ilə bağlı məsləhətləşmələr aparır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki