image-n1karobka_ads
image-123
image-1726657389524072515_1200x630backend

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib – FOTO

image-ad_qayo_720x110px

Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yeni inşa edilən “Kəpənək” uşaq bağçasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

“Kəpənək” məktəbəqədər təhsil müəssisəsinin direktoru Yuliya Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bağça barədə məlumat verib.

Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin əsas missiyası uşaqların həm akademik, həm də sosial-emosional inkişafı üçün geniş imkanlar yaratmaq və uşaqların məktəb mühitinə rahat inteqrasiyasına dəstək göstərməkdir.

“Kəpənək” uşaq bağçasında 3-6 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil və qayğı xidməti olacaq. Burada 3-4, 4-5 və 5-6 yaş arasında qruplar fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil müəssisəsi ilə tanışlıq zamanı bildirilib ki, yüksək keyfiyyətli təhsillə yanaşı uşaqların hərtərəfli inkişafı və sosial tədbirlərdə fəal iştirakı da diqqət mərkəzində olacaq. “Kəpənək” bağçası uşaqlar üçün təhlükəsiz mühit olmaqla yanaşı, onların qayğı və sevgi ilə əhatə olunmasını hədəf götürüb. Həmçinin uşaqların həm əqli, həm də kreativ inkişafı üçün dərsdənkənar fəaliyyət nəzərdə tutulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki mərtəbədən ibarət bağçanın müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş otaqları ilə tanış olub, tədris barədə vacib tövsiyələr verib.

Qeyd olunub ki, burada uşaqların təlim-tərbiyəsinə cəlb olunan heyətin davamlı peşəkar inkişafına, müxtəlif təlimlərdə iştirakına xüsusi önəm veriləcək. Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsi təhsildəki yeniliklər və yeni trendləri izləməyi, o cümlədən Kembric proqramını keyfiyyətli tədris etmək üçün onlayn təlimlərə qoşulmağı da planlaşdırır.

DOĞRU.AZ

image-17266573894314622869_1200x630 image-17266573893505020603_1200x630 image-17266573892961833176_1200x630 image-17266573894780120261_1200x630 image-17266573893496942538_1200x630 image-17266573893668139765_1200x630 image-17266573894291450342_1200x630 image-17266573893622642367_1200x630 image-17266573892543533009_1200x630 image-17266573892766037933_1200x630 image-17266573894314622869_1200x630 image-1726657389544077613_1200x630 image-17266573895017615958_1200x630 image-17266573891179219198_1200x630 image-172665738913089351_1200x630 image-17266573892174943424_1200x630 image-17266573894197447904_1200x630 image-17266573894940132647_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki