image-n1karobka_ads
image-123
image-69424c9102e8bd3743354b41backend

Hollivud rejissoru Rob Reynerin oğlu valideynlərini qətlə yetirməkdə ittiham olunur

image-ad_qayo_720x110px

Los-Anceles dairəsinin prokuroru Neytan Hoçman mətbuat konfransında məşhur Hollivud rejissoru Rob Reynerin 32 yaşlı oğlu Nik Reynerin valideynlərinin qətlində şübhəli bilinərək edam cəzası ilə üzləşə biləcəyini açıqlayıb.

Doğru.az xəbər verir ki, prokuror çıxışı zamanı bildirib: “Qatili ədalət mühakiməsinə cəlb etmək üçün bütün səylərimizi göstərəcəyik”.

Neytan Hoçmanın sözlərinə görə, Nik Reynerə qarşı irəli sürülən ittihamlar şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs və ya ölüm cəzasını nəzərdə tutur. Bununla belə, prokurorluğun bu mərhələdə ölüm cəzası tələb edib-etməyəcəyi ilə bağlı hələ yekun qərar verilməyib.

Prokuror vurğulayıb ki, cəza ilə bağlı qərar verilərkən “ailənin fikirləri və istəkləri nəzərə alınacaq”.

Rəsmi qurumlar Nik Reynerin törətdiyi iddia olunan qətlin motivi ilə bağlı hələlik heç bir məlumat açıqlamayıb.

Qeyd edək ki, 78 yaşlı Rob Reyner və onun həyat yoldaşı, 70 yaşlı fotoqraf Mişel Reynerin cəsədləri dekabrın 15-də aşkar edilib. Hadisə ilə bağlı istintaq davam edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki