image-n1karobka_ads
image-123
image-1460394a-b686-4cc7-bc1f-f53127ccbef7backend

“Huner Group” yenə fərqləndi – FOTO

image-ad_qayo_720x110px

Azərbaycanda özünəməxsus idarəetmə sistemi və biznes yanaşması ilə fərqlənən “Huner Group” çalışanlarının əməkhaqları artırılıb.

Bu barədə şirkətin təsisçisi və direktoru Ehtiram Quliyev öz sosial şəbəkə hesabında paylaşım edib:

Paylaşımda bildirilir:

“Huner Group”da işləyən əməkdaşların nəzərinə!

Ötən ay Prezident dövlət büdcəsindən maliyələşən bir sıra dövlət qurumlarında çalışan işçilərin əməkhaqqının 20 % artırılması ilə bağlı Sərəncam imzaladı.

Biz də bir özəl təşkilat olaraq dövlətimizin siyasətinə səs verdik və “Huner Group”un tərkibində olan müəssisələrdə (“Huner Group”un baş ofisi, “Premium Medical Assistance”, “Darçın” aptekləri, “Tamam A”) çalışan bütün əməkdaşlarımızın əməkhaqqını 20 % artırırıq!

Ümid edirik ki, gələn hər yeni il dövlətimizə və millətimizə bir-birindən daha uğurlu olacaq!”

Mənbə: Oxu.Az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki