image-n1karobka_ads
image-123
image-172172119938558252_1200x630backend

IDEA İctimai Birliyinin “Gənc arıçı” layihəsi uğurla davam edir – FOTO

“Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Qəbələ rayonunda uğurla davam edir.

İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində gənc ekosahibkarlara arı ailələri və zəruri avadanlıqlar təqdim olunub.

Qeyd edək ki, layihə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsinə istiqamətlənib. Layihə çərçivəsində seçilən 20 gəncə və gənc ailəyə peşəkar mütəxəssislərin iştirakı ilə bir aylıq təlim proqramı keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunub və gənc arıçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılıb.

Gənc arıçıların iki il ərzində təbii artım vasitəsilə pətək saylarının çoxaldılması üçün təsərrüfatları mütəxəssislər tərəfindən mütəmadi olaraq monitorinq ediləcək və onlara zəruri məsləhətlər veriləcəkdir. Bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı bal istehsalı mərhələsinə çatması üçün yeni arıçılara öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb.

Xatırladaq ki, layihə 2021-ci ildən icra olunmağa başlanıb. Layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.

DOĞRU.AZ

image-1721721199447793280_1200x630 image-17217211995928129508_1200x630 image-1721721199230642950_1200x630 image-1721721199405359758_1200x630 image-17217211995170211568_1200x630 image-17217211994271339568_1200x630 image-1721721199240462131_1200x630 image-17217211995271842487_1200x630 image-17217211994132641874_1200x630 image-17217211992420817749_1200x630 image-17217211995781457344_1200x630 image-1721721199293103420_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki